İnsanlara hürriyət, millətlərə istiqlal!

Müctəba Xameneidən ABŞ-la razılaşmaya ilk münasibət

1446 18.06.2026 23:50 Dünya A A

İranın ali dini lideri Müctəba Xamenei ABŞ ilə əldə olunan razılaşma barədə ilk dəfə açıqlama verib.

Xamenei bildirib ki, sözügedən razılaşma ilə bağlı əvvəlcə fərqli mövqedə olub. Lakin İran prezidenti Məsud Pezeşkian və Ali Milli Təhlükəsizlik Şurasının üzvlərinin ölkənin və “müqavimət cəbhəsi”nin hüquqlarını qoruyacaqlarına dair verdikləri təminata görə razılıq verib.

“Əslində, bu razılaşma ilə bağlı fərqli fikirdə idim. Ancaq prezident Pezeşkianın Ali Milli Təhlükəsizlik Şurasının sədri kimi özü və şura üzvləri adından İran xalqının və müqavimət cəbhəsinin hüquqlarının qorunacağına dair öhdəlik götürməsi, həmçinin bu məsuliyyəti açıq şəkildə üzərinə götürməsi səbəbindən buna icazə verdim”, – deyə Xamenei vurğulayıb.

Qeyd edək ki, son günlər Vaşinqton və Tehran arasında əldə olunan mutabakatın bölgədə yeni siyasi mərhələnin başlanğıcı ola biləcəyi ilə bağlı müzakirələr aparılır.

Könül

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR