İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvadan Vaşinqtona sərt ittiham: "ABŞ böyük səhv edir, bizim isə heç yerə tələsmək niyyətimiz yoxdur"

393 06.06.2026 13:29 Dünya A A

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Çinin "CCTV" telekanalına verdiyi sensasion müsahibədə ABŞ-ın iki ölkə arasındakı münasibətlərin bərpası ilə bağlı tutduğu mövqeyi kəskin tənqid edib.

Musavat.com xəbər verir ki, Kreml rəsmisi Vaşinqtonun Rusiya ilə iqtisadi və diplomatik əlaqələrin inkişafını birbaşa Ukrayna münaqişəsinin həlli şərtinə bağlamasını tamamilə yanlış və səmərəsiz yanaşma adlandırıb.

Peskov bildirib ki, amerikalılar hələ də hər şeyi Ukrayna ətrafındakı nizamlanma ilə əlaqələndirməyə çalışırlar. Onun sözlərinə görə, ABŞ əvvəlcə Ukrayna böhranının bitməsini, yalnız bundan sonra iqtisadiyyat, investisiya və mədəniyyət sahələrində əlaqələrin inkişaf etdirilməsini şərt qoyur. Kreml rəsmisi bu yanaşmanın tamamilə səhv olduğunu və prosesləri dalana dirədiyini xüsusi vurğulayıb.

Eyni zamanda, ABŞ-ın hələlik real addımlar atmaq istəmədiyini diplomatik dillə ifadə edən Peskov, "tanqo rəqsini iki nəfər oynamalıdır" deyərək Vaşinqtonun tək tərəfli diktəsini qəbul etməyəcəklərini bəyan edib. O, Moskvanın bu məsələdə heç bir yerə tələsmədiyini və ABŞ rəhbərliyinin nə vaxtsa münasibətlərin real bərpasına hazır olacağı təqdirdə, Rusiyanın buna dərhal qarşılıqlı cavab verəcəyini diqqətə çatdırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR