İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada güclü yanğın: Qonşu binalara keçmək təhlükəsi var - VİDEO

505 10.01.2023 17:08 Hadisə A A

Rusiyanın paytaxtı Moskvanın şimal-şərqində güclü yanğın başlayıb.

Şahidlər sosial şəbəkələrdə hadisə yerindən görüntülər paylaşırlar.

Yanğın Dobrolyubov keçidində baş verib. Bəzi məlumatlara görə, birmərtəbəli avtoservis binası yanır. Bəzi xəbərlərdə isə anbarların alov tutduğu bildirilir.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub, xəsarət alanlar barədə məlumat yoxdur.

Həmçinin fövqəladə xidmətdən bildirilib ki, yanğın beş dərəcəlik şkala üzrə üçüncü mürəkkəblik dərəcəsinə malikdir.

Təhlükəsizlik səbəbilə insanlar təxliyə olunurlar.

Yanğının qonşu binalara keçmək təhlükəsi var. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR