İnsanlara hürriyət, millətlərə istiqlal!

Misir ərazisini bu ərəb ölkəsinə SATDI FOTO VİDEO

1733 10.02.2024 16:34 Dünya A A

Misir hökuməti Birləşmiş Ərəb Əmirlikləri ilə paytaxt Qahirədən təxminən 350 kilometr şimal-qərbdə, Aralıq dənizi sahilində yerləşən Ras əl-Hikmə qəsəbəsində təqribən 22 milyard dollar sərmayə yatırmaq barədə razılığa gəlib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Misir Azad Zonalar Administrasiyasının baş direktoru Hussam Heyba (Hossam Heiba) ​​CNBC Arabia telekanalına bildirib.

Misir rəsmisi bildirib ki, BƏƏ konsorsiumu layihənin maliyyələşdirilməsi, işlənib hazırlanması və idarə olunmasına cavabdeh olacaq:

"Layihənin həyata keçirilməsində yerli və xarici şirkətlər iştirak edəcək. Biz danışıqları başa çatdırmışıq və indi müqaviləni imzalamağa hazırlaşırıq".

Məlumata görə, ölkədəki ciddi valyuta qıtlığı səbəbindən çətin günlər keçirən Misir prezidenti Əbdülfəttah əs-Sisinin turizm şəhərini satmaq planı onun əleyhdarları tərəfindən sərt şəkildə tənqid edilib.

misir-sahil-kasabasi-ras-el-hikm (1).jpg (125 KB)

Müxalifət Misir hökumətinin valyuta qıtlığını aradan qaldırmaq üçün ən gözəl turistik bölgələrindən biri olan Ras əl-Hikmədən imtina etmək qərarına etiraz edib.

"Buranı satmağa sənə kim icazə verdi? Bu, ananızın, yoxsa atanızın şəxsi mülküdür?" - deyə misirli aktyor Amr Vaked etirazını bildirib.

Qeyd edək ki, Misirin milli valyutası son bir ildə ölkənin yaşadığı iqtisadi tənəzzül səbəbiylə qara bazarda ABŞ dolları qarşısında dəyərini 50 faiz itirib. Ölkənin xarici borcu 164 milyard dollara yüksəlib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR