ABŞ-ın Nyu-York ştatında Manhetten prokurorluğu keçmiş prezident Donald Trampın məşhur “susdurma pulu” işi üzrə hüquqi manevrini pozmağa çalışır.
Tramp bu işin federal məhkəməyə keçirilməsinə nail olmaq istəyir, lakin prokurorluq bunu siyasi və hüquqi “qaçış planı” kimi qiymətləndirərək bloklama tələb edir.
Musavat.com xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.
Prokurorlar Çərşənbə günü məhkəməyə təqdim etdikləri yeni sənəddə bildiriblər ki, Trampın bu işi federal səviyyəyə köçürmək cəhdi yenidən rədd edilməlidir. İttiham tərəfinin fikrincə, porno ulduzu Stormy Danielsə susması üçün ödənişlə bağlı biznes sənədlərinin saxtalaşdırılması — “tamamilə şəxsi, qeyri-rəsmi hərəkətə əsaslanır”.
Bu iddia Manhattan Federal Hakimi Alvin Hellerşteynin əvvəlki qərarına istinad edir. Hellerşteyn Trampın işi federal məhkəməyə keçirmək istəyini əvvəllər rədd etsə də, ötən ilin noyabr ayında federal apellyasiya məhkəməsi ona bu qərarı ikinci dəfə nəzərdən keçirmək tapşırığı vermişdi.
Prokurorlar iddia edirlər ki, işin federal səviyyəyə köçürülməsi üçün çox gecdir, çünki proses artıq irəli mərhələdədir və keçid tələbi işi səmərəli şəkildə dayandıra bilməz. Onlara görə, iddia edilən cinayətlər Tramp prezident olmadığı dövrdə baş verib və dövlət funksiyası ilə bağlı deyil.
Qeyd olunru ki,Tramp 2024-cü ildə həmin iş üzrə 34 cinayət maddəsi ilə biznes sənədlərini saxtalaşdırmaqda təqsirli bilinib.
Musavat.com






