İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Trampın “Qəzza üzrə Sülh Şurası”na qoşulmur – səbəb açıqlandı

587 20.01.2026 01:06 Dünya A A

Musavat.com xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Tramp tərəfindən yaradılması nəzərdə tutulan “Qəzza üzrə Sülh Şurası”na qoşulmaq niyyətində deyil. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Məlumata görə, Makron bu addımı BMT-nin beynəlxalq proseslərdəki təsir imkanlarının zəifləməsi riski ilə əlaqələndirir. Fransa lideri hesab edir ki, yeni yaradılacaq qurumun nizamnaməsi yalnız Qəzza sektoru ilə bağlı məsələlərlə məhdudlaşmır və bu da ciddi narahatlıq doğurur.

Prezidentin mövqeyinə görə, belə bir strukturun formalaşdırılması mövcud beynəlxalq mexanizmləri, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı-nın rolunu kölgədə qoya bilər.

Xatırladaq ki, “Qəzza üzrə Sülh Şurası” ABŞ-ın bölgə ilə bağlı sülh planı çərçivəsində yaradılır. Vaşinqtonun planına əsasən, bu qurum Qəzza sektorunun bərpasını idarə edəcək, beynəlxalq maliyyə vəsaitlərini səfərbər edəcək və Qəzzada formalaşdırılacaq yeni hökumətin fəaliyyətinə nəzarət edəcək. Şura üzvlərinin hər biri konkret bir istiqamət üzrə məsuliyyət daşıyacaq.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR