Ermənistanda keçirilən parlament seçkilərində səs verən ölkənin sabiq prezidenti və müxalif "Ermənistan" blokunun lideri Robert Köçəryan seçki məntəqəsində jurnalistlərə verdiyi bəyanatda ölkədəki mövcud hakimiyyəti ağır bədnamlıqda ittiham edib.
Musavat.com xəbər verir ki, sabiq dövlət başçısı Paşinyan administrasiyasının ölkədə kütləvi qorxu və total izləmə mühiti yaratdığını iddia edərək misli görünməmiş bəyanatlarla çıxış edib.
Köçəryan seçki ərəfəsində müxalifətə qarşı törədilən hüquqi təqibləri kəskin pisləyib: "Dünən ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəsmi bütöv bir benefisi, şousu yaşandı. Məndə elə bir təəssürat yaranıb ki, bu ölkədə hər kəs qanunsuz olaraq gizlincə dinlənilir. Ermənistan tarixində eyni vaxtda yüzlərlə müxalifətçiyə qarşı bu qədər çox sayda qondarma cinayət işinin açıldığı ikinci bir dövrü şəxsən mən xatırlamıram".
Mövcud hakimiyyətin vətəndaşları qorxudaraq səs almağa çalışdığını deyən Köçəryan, seçicilərə sərt xəbərdarlıq edib: "Əgər vətəndaşlarımız ölkədəki bu rüsvayçı vəziyyətlə, total qorxu ab-havası ilə razıdırılarsa, qoy gedib bu qorxu mühitini doğuran siyasi qüvvəyə səs versinlər. Onlar hər yerə – insanların yataq otağına, mətbəxinə belə gizlincə soxulurlar. Bu, sadəcə olaraq dözülməz bir rüsvayçılıqdır və buna son qoyulmalıdır".
Musavat.com






