İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiçik Kennedi Karlsonu müdafiə etdi – “Adam öz işini görüb”

432 09.02.2024 13:22 Dünya A A

Amerikalılar ABŞ-dakı əsas medianın mülahizələrindən fərqli olan fikirlərlə bağlı öz qərarlarını verməlidirlər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu fikri Rusiya prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsonla müsahibəsinin dərcini şərh edən kiçik Robert Kennedi X sosial şəbəkəsindəki səhifəsində bildirib.

O, bundan əvvəl ABŞ prezident seçkilərində müstəqil namizəd kimi iştirak etmək niyyətində olduğunu bəyan edib.

"Taker Karlson günlərdir təhqir olunur", - deyən kiçik Kennedi əlavə edib: “Köhnə media və demokratik rəhbərlik ondan sadəcə öz işini gördüyünə görə incikdir. Amerikalılar düşündürücü söhbətləri idarə edə bilirlər. Biz əsas media xəttinə uyğun gəlməyən təhlükəli fikirlər və ya mübahisəli fikirlərlə məşğul ola bilərik. Gəlin özümüz qərar verək”.

Siyasətçi bu mesajı Putinin X-də dərc olunan Karlsonla müsahibəsinin videoyazısına şərh kimi yerləşdirib.

Ölkəsinin ən məşhur adamı halına gəlmiş Taker Karlson isə bu mübahisəyə görə geniş səpkili tənqidlərə tuş gəlib, hətta ona sanksiya tətbiq ediləcəyi də gözlənilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR