İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamçatka sahillərində iki zəlzələ baş verib

392 08.01.2023 08:54 Hadisə A A

Rusiyanın Kamçatka diyarının Sakit okean sahilində 4,9 bal gücündə zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Zəlzələnin episentri Şimali-Kurliskdən 85 km məsafədə, 140 km dərinlikdə olub. Bir neçə saat əvvəl Avaça körfəzində də 3,9 bal gücündə seysmik hadisə qeydə alınıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsi bildirib ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhər dairəsindən 64 km şərqdə yerləşib.

Zəlzələ yaşayış məntəqələrində hiss olunmayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR