İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraili bu paylaşım çətin vəziyyətə saldı: Sildilər, qalmaqal böyüyür

1613 29.06.2026 21:11 Dünya A A

İsrailin rəsmi X hesabında paylaşdığı dondurma tanıtımı qısa müddətdə böyük etirazlara səbəb olub.

Musavat.com xəbər verir ki, İsrailin rəsmi X hesabı Ben & Jerry’s şirkətinin "süd və bal" dadlı yeni dondurmasını "ölkənin rəsmi dondurması" kimi təqdim edib.

Lakin paylaşım qısa müddətdə sosial şəbəkələrdə kəskin tənqid olunub. İstifadəçilər paylaşımın altına "soyqırım dadında" kimi şərhlər yazıb, mövzu ilə bağlı çoxsaylı satirik görüntülər hazırlayıblar. Artan reaksiyalardan sonra İsrailin rəsmi hesabı paylaşımı silmək məcburiyyətində qalıb.

Məsələ Ben & Jerry’s şirkəti ətrafında uzun müddətdir davam edən mübahisələri də yenidən gündəmə gətirib. Şirkətin təsisçiləri Ben Cohen və Jerry Greenfield daha əvvəl Fələstinə dəstək verən açıqlamalarla çıxış ediblər. Ben & Jerry’s-in müstəqil idarə heyəti 2021-ci ildə işğal altında olan ərazilərdə məhsullarının satılmayacağını bəyan etmişdi.

Buna baxmayaraq, şirkətin sahibi olan Unilever İsraildəki lisenziyanı satıb. Hazırda Ben & Jerry’s İsrail Avi Zinger tərəfindən müstəqil şəkildə idarə olunur və məhsullar yaşayış məntəqələrində də satışa çıxarılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR