İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatları yerindəcə məhv ediləcək.
Musavat.com xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ və İran arasında imzalanmış anlaşma memorandumunun mətninə istinadən məlumat yayıb.
"İran ən azı zənginləşdirilmiş uran ehtiyatlarının yerindəcə məhv edilməsinə və bu prosesə MAQATE-nin (Beynəlxalq Atom Enerjisi Agentliyi) nəzarət etməsinə razılıq verib", - telekanalın məlumatında qeyd olunur.
"Hörmüz boğazı dərhal açılır, heç bir hücum, heç bir rüsum olmayacaq və biz blokadanı mərhələli şəkildə ləğv edirik. İrana yenidən neft satmağa icazə verilir", - deyə "Fox News"un yaydığı məlumatda bildirilir.
Musavat.com






