İnsanlara hürriyət, millətlərə istiqlal!

İnternetdən çox istifadə edən nazir İSTEFA VERDİ FOTO

985 09.02.2024 14:55 Dünya A A

Şotlandiyanın səhiyyə naziri Maykl Matheson istefa verib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, istefaya səbəb nazirin dövlət tərəfindən təmin edilən mobil cihazından 11 min funt sterlinqlik internetdən istifadə etməsi olub.

Məlumata görə, nazir şəxsi büdcəsindən hesabı ödəyərək üzr istəyib.

O, mobil cihazının internet xidmətindən 2022-ci ildə Mərakeşdə tətildə olarkən uşaqları tərəfindən istifadə edildiyini açıqlayıb.

Lakin Şotlandiya Parlamenti bu yaxınlarda məsələ ilə bağlı araşdırmaya başlayıb.

Matheson dünən rəsmi açıqlamasında istefa verdiyini bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR