İnsanlara hürriyət, millətlərə istiqlal!

"Həmin məbləği yuxumuzda belə görmərik"

1146 13.01.2025 21:37 Şou-biznes A A

Əməkdar artist Sənubər İsgəndərli yeni çəkilən filmlərin tənqid olunmasından danışıb.

"Özəl" verilişində qonaq olan aktrisa Azərbaycanda lentə alınan filmlərin büdcəsinin az olduğunu deyib:

"İlk dəfə çəkildiyim "Kişi sözü" filmimdən 37 il keçib. Mən də, hamı, dünya da dəyişib. Bugünki şərtlər başqadır. Biz dünyaya açığıq. Dünyada kino sahəsində baş verənləri görəndə bizimkiləri müqayisə etmək istəmirəm. Onlar başqa maddiyatla çalışır. Onlarda olan texnika və maliyyə yuxumuza belə girən deyil. Biz qısıt maddiyat, belə texnika ilə nələrsə ortaya qoya biliriksə, alqışa layiqdir. Təşəbbüslər var: "Alatava", "Əqrəb mövsümü", "Vətəndaş A". Hansısa standartlara cavab vermir, amma təşəbbüs var. Bu məsələyə pozitiv baxıram. Bu işə canını qoyan, evini satıb pul qoyan, kreditə girənlər var. Sənəd naminə edilənləri görməməzlikdən gəlmək olmaz". (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR