İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsdə olan jurnalistin vəziyyəti pisləşdi

1042 06.01.2023 17:04 Hadisə A A

Həbsdə olan jurnalist, “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) saxlandığı Bakı İstintaq Təcridxanasında səhhəti pisləşib.

Bu barədə Musavat.com-a Mahir Xəttabın vəkili Araz Nurməmmədov bildirib.

Vəkil qeyd edib ki, M.Xəttabın səhhəti pisləşdiyi üçün istintaq təcridxanasının tibb məntəqəsinə yerləşdirilib. Onun sözlərinə görə, Mahir Xəttabın qan təzyiqi 180-200 arasında olur: “Mahirin qan təzyiqi yüksəkdir, aşağı düşmür. Onun müalicəyə ehtiyacı var”.

Mahir Ələkbərov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. M.Ələkbərovun YAP Binəqədi təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri yaymamaq müqabilində ondan hədə-qorxu ilə 2 min manat almasına əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanan materiallar əsasında Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Nəsimi rayon Məhkəməsinin hökmü ilə Mahir Ələkbərov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Jurnalist hökmdən Bakı Apelyasiya Məhkəməsinə şikayət versə də, məhkəmə hökmü qüvvədə saxlayıb.

Jurnalist kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəmənin hakimi İlqar Qılıcovun icraatına verilib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR