İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gözəlliyinə güvənirsən?” deyib gənc qadını bu hala saldı - VİDEO

1272 07.01.2023 15:28 Hadisə A A

İstanbulda dəhşətli hadisə baş verib.

Musavat.com xəbər verir ki, 36 yaşlı kişi boşandığı həyat yoldaşının üzünə kimyəvi maddə töküb. 

Yasemin Aksoy bir il əvvəl boşandığı həyat yoldaşı Yusif Çavdarın hücumuna məruz qaldıqdan sonra xəstəxanaya yerləşdirilib. 

Yasemin Aksoy ötən gün səhər saatlarında işə getmək üçün evindən çıxıb. Bu vaxt edilmiş avtomobillərin arxasında gizlənən keçmiş həyat yoldaşı Yusif Çavdar onun yolunu kəsib. "Gözəlliyinə arxayınsan?" deyərək qadının üzərinə kimyəvi maddələr töküb. Yasemin Aksoy qışqıraraq kömək istəyib. Qonşuları köməyə axışan qadın xəstəxanaya çatdırılıb. Bədəninin müxtəlif yerlərindən xəsarət alan qadın keçmiş həyat yoldaşından şikayət edib.

Hərəkətə keçən polis Yusif Çavdarı yaxalayıb.

Musavat.com



Eski kocası yolunu kesip 'Güzelliğine mi güveniyorsun?' diyerek yüzüne kimyasal madde fırlattı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR