Rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkədə ünvanına yazılan təhqiramiz paylaşımlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Musavat.com xəbər verir ki, Fatimə Fətəliyeva sosial şəbəkədə onu təhqir edən şəxsin kimliyinin müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunmasını istəyib.
Paylaşımda aparıcının müraciətində bunlar qeyd olunub:
"Hörmətli Azərbaycan polisi, xahiş edirəm, müraciətimi nəzarətə alasınız. İnstaqram hesabımda naməlum bir şəxs tərəfindən mənim şərəf və ləyaqətimə toxunan, şəxsiyyətimi hədəf alan paylaşımlar və ifadələr işlədilib. Tanınmış sima olduğum üçün bu cür hərəkətlər mənim nüfuzuma və şəxsi həyatıma ciddi zərər vurur.
Xahiş edirəm, bu şəxsin kimliyinin müəyyən edilməsi və qanunvericiliyə uyğun şəkildə araşdırılması üçün lazımi tədbirlər görülsün. Heç kəsin başqa bir şəxsin şərəf və ləyaqətini alçaltmaq hüququ yoxdur. Ümid edirəm ki, müraciətimə operativ baxılacaq və qanun çərçivəsində müvafiq tədbirlər görüləcək. Diqqətinizə görə təşəkkür edirəm".
Könül
Musavat.com







