İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda seçki qalmaqalı: müxalif blokun qeydiyyatı ləğv oluna bilər

379 06.06.2026 00:23 Dünya A A

Ermənistanda parlament seçkiləri ərəfəsində növbəti siyasi gərginlik yaşanır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, “Güclü Ermənistan” blokunun tərəfdarları Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısına toplaşıblar.

MSK-da hazırda “Güclü Ermənistan” blokunun seçki siyahısının qeydiyyatının etibarsız sayılması məsələsinə baxılır.

Məsələnin gündəmə gəlməsinə səbəb “Respublika” Partiyasının iyunun 5-də MSK-ya müraciət edərək blokun qeydiyyatının ləğv edilməsini tələb etməsi olub.

Diqqətçəkən məqam ondan ibarətdir ki, Ermənistan İctimai Televiziyasının təşkil etdiyi son debat zamanı baş nazir Nikol Paşinyan müxalifət nümayəndələrini bu məsələ ilə bağlı rəsmi şəkildə MSK-ya müraciət etməyə çağırıb..

Bundan əvvəl “Respublika” Partiyasının sədri Aram Sarkisyan, məsələ ilə bağlı MSK-ya şifahi müraciət edib, lakin ona komissiyanın belə səlahiyyətə malik olmadığını deyib. Paşinyan isə bununla kifayətlənməməyi və yazılı müraciət göndərməyi tövsiyə edib.

Aram Sarkisyan daha sonra yazılı müraciət edəcəyini açıqlayıb və həmin müraciət əsasında məsələ MSK-nın gündəliyinə çıxarılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR