İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Departamentindən Cənubi Qafqaz açıqlaması

584 24.09.2025 17:05 Siyasət A A

ABŞ Dövlət Departamentinin nümayəndəsi, dövlət katibinin müavininin müşaviri Kaleb Orr bəyan edib ki, Geniş Xəzər regionu, o cümlədən Cənubi Qafqaz və Mərkəzi Asiya ABŞ xarici siyasətinin uzunmüddətli prioritetləri sırasındadır.

Musavat.com xəbər verir ki, amerikalı diplomat bu fikirləri Nyu-Yorkda keçirilən VI Xəzər Biznes Forumunda səsləndirib.

Onun sözlərinə görə, bu regiona sərmayə qoyuluşu və inkişafına dəstək göstərilməsi ABŞ-ın strateji maraqlarına uyğundur:

“Bu regiona illər boyu investisiya qoymaq və inkişafına töhfə vermək bizim strateji maraqlarımıza cavab verir”.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR