İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Departamenti İsrail-Livan çərçivə sazişinin mətnini yaydı - Nələr var?

590 27.06.2026 09:15 Siyasət A A

 

İsrail-Livan Çərçivə Sazişi İsrail qüvvələrinin Livandan tədricən çıxarılmasını nəzərdə tutur.

Musavat.com xəbər verir ki, bu, ABŞ, İsrail və Livan rəsmiləri tərəfindən Vaşinqtonda imzalanan və ABŞ Dövlət Departamentinin dərc etdiyi çərçivə sazişində əksini tapıb.

Sazişdə qeyd olunur ki, İsrail hakimiyyəti və Beyrut "münaqişəyə son qoymaq və onun kök səbəblərini aradan qaldırmaq niyyətindədirlər". Sazişlərə əsasən, tərəflər "Livan Silahlı Qüvvələrinin bütün Livan ərazisi üzərində effektiv suveren nəzarətini bərpa etmək" və Livanda "qeyri-hökumət qruplarını tərksilah etmək və onların əlaqəli infrastrukturunu sökmək" üçün səy göstərməyi öhdələrinə götürürlər. Sazişdə bunun İsrail qüvvələrinin Livan ərazisindən "tədricən çıxarılmasına" imkan verəcəyi göstərilir.

Bu "mərhələli proses"lə bağlı təfərrüatların "Amerika Birləşmiş Ştatlarının tam dəstəyi ilə hazırlanmış" əlavədə yer alması gözlənilir. Orada xüsusilə "təhlükəsizlik tədbirləri və yoxlama mexanizmləri" nəzərdə tutulacaq.

Tərəflər Livanda İsrail qüvvələrinin tədricən Livan qüvvələrinə verəcəyi iki zona müəyyən ediblər. Sözügedən konkret ərazilər göstərilməyib. Sənədə görə, "Livan hökuməti bütün ərazisi üzərində suverenliyin tam bərpası və saxlanılması ilə bağlı qətiyyətli və sarsılmaz öhdəliyini bir daha təsdiqləyir". Livan hökuməti bildirir ki, Hizbullah hərəkatı da daxil olmaqla, Livandakı silahlı qrupların yaratdığı təhlükənin aradan qaldırılması "gələcək hərbi əməliyyatlara və ya respublikada İsrail Ordusunun mövcudluğunun saxlanılmasına ehtiyacı aradan qaldıracaq".

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR