Rusiyada həkimlər ciddi həyəcan siqnalı verirlər. Qaraciyər sirrozu artıq ölkədə əmək qabiliyyətli insanların ölüm səbəbləri arasında ön sıralara yüksəlib.
Musavat.com xəbər verir ki, mütəxəssislər xüsusilə alkoqollu sirrozun partlayış kimi artdığını, ağır qaraciyər zədələnmələrinin ildən-ilə çoxaldığını bildirirlər.
Durumu daha da ağırlaşdıran əlavə səbəblər var, kütləvi piylənmə, diabet xəstəliklərinin sıçrayışı, eləcə də bir çox pasiyentlərin hepatiti müalicə etməməsi.
Amma ən dramatik artım məhz alkoqollu zədələnmələrdə müşahidə olunur, hər il belə xəstələrin sayı rekord həddə çatır.
Bu dinamika göstərir ki, kütləvi içki rejimi və profilaktikanın yoxluğu Rusiyanın demoqrafik böhranını daha da dərinləşdirir.
Musavat.com






