İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2026: Portuqaliya 1/8 finalda - VİDEO

1972 03.07.2026 05:09 İdman A A

DÇ-2026 çərçivəsində keçirilən Portuqaliya – Xorvatiya qarşılaşması başa çatıb.

Musavat.com xəbər verir ki, gərgin və maraqlı keçən oyunda Portuqaliya son dəqiqə qolu ilə qələbə qazanıb və 1/8 finala yüksəlib.

Matçda hesabı 53-cü dəqiqədə İvan Perişiç açaraq Xorvatiyanı önə keçirib. Portuqaliya isə 68-ci dəqiqədə Kriştiano Ronaldonun penalti qolu ilə tarazlığı bərpa edib. Oyunun taleyini 90+4-cü dəqiqədə Qonsalu Ramuş həll edib. Onun vurduğu qol Portuqaliyaya 2:1 hesablı qələbə gətirib.

Beləliklə, Portuqaliya dramatik sonluqla növbəti mərhələyə vəsiqə qazanıb.

Komanda 1/8 finalda İspaniya ilə qarşılaşacaq.

***

DÇ-2026-nın Portuqaliya – Xorvatiya oyununda daha bir qol vurulub.

Musavat.com xəbər verir ki, qarşılaşmanın 90+4-cü dəqiqəsində Qonsalu Ramuş fərqlənərək Portuqaliyanı hesabda önə keçirib.

Oyunun son anlarında vurulan qol stadionda böyük sevincə səbəb olub. Ramuşun dəqiq zərbəsi ilə Portuqaliya 2:1 hesabı ilə üstünlüyü ələ alıb.

Hazırda qarşılaşmada Portuqaliya öndədir.

***

DÇ-2026-nın Portuqaliya – Xorvatiya oyununda növbəti qol vurulub.

Musavat.com xəbər verir ki, qarşılaşmanın 68-ci dəqiqəsində Kriştiano Ronaldo penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.

Portuqaliya millisinin kapitanı soyuqqanlı zərbə ilə topu qapıdan keçirib və komandasını məğlubiyyətdən xilas edib.

Hazırda oyunda hesab 1:1-dir.

***

DÇ-2026-nın Portuqaliya – Xorvatiya oyununda ilk qol vurulub.

Musavat.com xəbər verir ki, qarşılaşmanın 53-cü dəqiqəsində İvan Perişiç fərqlənərək Xorvatiya yığmasını hesabda önə keçirib.

Təcrübəli futbolçu dəqiq zərbə ilə komandasını 1:0 hesabı ilə üstün vəziyyətə gətirib.

Hazırda Xorvatiya Portuqaliya qarşısında minimal hesabla öndədir.

***

DÇ-2026: Portuqaliya üstün oynasa da, ilk hissədə hesab açılmadı

DÇ-2026-nın Portuqaliya – Xorvatiya oyununda ilk hissə başa çatıb.

Musavat.com xəbər verir ki, qarşılaşmanın ilk 45 dəqiqəsində tərəflər hesabı aça bilməyib.

Statistik göstəricilərə əsasən, Portuqaliya meydanda ciddi üstünlük nümayiş etdirib. Komanda topa 71 faiz sahib olub. Portuqaliyalılar rəqib qapısına 9 zərbə endirsələr də, bunlardan yalnız biri qapıya dəqiq olub.

Xorvatiya isə ilk hissədə cəmi 3 zərbə ilə yadda qalıb. Hər iki komanda qapıya 1 dəfə dəqiq zərbə vurub.

Portuqaliya ilk hissədə 6 künc zərbəsi qazansa da, Xorvatiya bu statistikada sıfırla qalıb. Hakim oyunda ümumilikdə 9 qayda pozuntusu qeydə alıb. Portuqaliya 1 sarı vərəqə alıb.

İlk hissə 0:0 hesabı ilə yekunlaşıb.

03:00***

Dünya Çempionatının 1/16 final mərhələsində Portuqaliya və Xorvatiya milliləri üz-üzə gəlir.

Musavat.com xəbər verir ki, matç Bakı vaxtı ilə saat 03:00-da start götürüb. Qarşılaşma turnirin ən maraqlı duellərindən biri hesab olunur. Azarkeşlərin diqqəti xüsusilə Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldo ilə Xorvatiya millisinin lideri Luka Modriçin qarşıdurmasına yönəlib.

Komandalar Dünya Çempionatının növbəti mərhələsinə vəsiqə uğrunda mübarizə aparır. Bu cütün qalibi 1/8 finalda İspaniya ilə qarşılaşacaq.

 

Musavat.com

c84ce3d7-56c8-4a0a-b906-f5b1c780b20f.jpg (209 KB)

6de48048-b78a-441d-a412-8e37ba086b43.jpg (139 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR