İnsanlara hürriyət, millətlərə istiqlal!

TBMM-dən tarixi qərar: 7 il xidmət edən hərbçilərə möhtəşəm imkan

3477 03.07.2026 05:33 Dünya A A

Türkiyədə hərbçilərlə bağlı mühüm qanun dəyişikliyi qəbul edilib.

Musavat.com xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinində "Mütəxəssis çavuşlar haqqında qanun" layihəsi qəbul olunub.

Yeni qanuna əsasən, ən azı 7 il xidmət etmiş və 41 yaşını tamamlamamış mütəxəssis çavuşlar və əsgərlər dövlət qurum və təşkilatlarında işlə təmin oluna biləcəklər.

Qanuna görə, bu şəxslər infaz və mühafizə əməkdaşı, məhəllə gözətçisi, meşə mühafizəçisi, inzibati nəzarət əməkdaşı, mühafizə və təhlükəsizlik işçisi, bələdiyyə zabiti, yanğınsöndürən və digər bəzi dövlət vəzifələrinə qəbul edilə biləcəklər.

Bundan əlavə, yeni qanun bu kateqoriyadan olan şəxslər üçün dövlət qulluğuna qəbul zamanı 10 faizlik xüsusi kvota da nəzərdə tutur. Qəbul və yerləşdirmə qaydaları aidiyyəti dövlət qurumlarının hazırlayacağı prosedurlar əsasında həyata keçiriləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR