İnsanlara hürriyət, millətlərə istiqlal!

Gələcəyin telefonu belə olacaq: İlon Mask sirr pərdəsini qaldırdı-Video

2422 03.07.2026 04:47 Texnologiya A A

İlon Maskın şirkətinin təqdim etdiyi yeni cihaz texnologiya dünyasında böyük maraq doğurub.

Musavat.com xəbər verir ki, SpaceX investorlara iPhone-dan daha nazik olduğu bildirilən süni intellekt cihazının prototipini nümayiş etdirib.

Cihaz xarici görünüşünə görə nazik smartfonu xatırladır, şirkətin öz əməliyyat sistemi ilə işləyir, xAI süni intellektindən və Qualcomm Snapdragon prosessorundan istifadə edir. Şirkət nümayəndələri layihənin hələ erkən mərhələdə olduğunu, dizaynın dəyişə biləcəyini və cihazın ümumiyyətlə bazara çıxıb-çıxmayacağının hələ məlum olmadığını bildiriblər.

Bəzi investorlara bildirilib ki, İlon Mask uzun müddətdir öz texnologiyaları üçün əsas platformaya çevriləcək şəxsi cihazını istehsal etmək istəyir. Bu addım ona hazırda xAI çat-botunun əsasən istifadə olunduğu Apple və Android ekosistemlərindən daha az asılı olmağa imkan verə bilər.

Bununla belə, İlon Mask bu məlumatları təkzib edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR