İnsanlara hürriyət, millətlərə istiqlal!

2 dollarlıq peçenyeyə görə işdən çıxarıldı: illik 200 min dollar qazanan işçiyə şok qərar

1404 03.07.2026 02:31 Dünya A A

ABŞ-də 2 dollara yaxın dəyəri olan peçenye gözlənilməz qalmaqala səbəb olub.

Musavat.com xəbər verir ki, ABŞ-nin Kentukki ştatının Luisvill şəhərində yerləşən Ford zavodunun işçisi Kurt Kromm şirkət tərəfindən şokoladlı peçenye oğurlamaqda şübhəli bilinərək işdən çıxarılıb. Kromm bildirib ki, ilk ödəniş terminalında yaranan nasazlıq səbəbindən alışın pulunu başqa terminal vasitəsilə ödəyib. Lakin bir həftə sonra rəhbərlik onu yanına çağıraraq işdən azad edib və mühafizəçilərin müşayiəti ilə zavoddan çıxarıb.

Həmkarlar ittifaqının nümayəndəsi Kromma üzr istəməyi tövsiyə etsə də, o, bunu qəbul etməyib. Ona bildirilib ki, Ford şirkətinin oğurluqla bağlı sıfır tolerantlıq siyasəti indiyədək daha beş əməkdaşın işini itirməsinə səbəb olub.

Daha sonra ödəniş terminallarını idarə edən operator sistemdə nasazlıq olduğunu və ödənişin həqiqətən həyata keçirildiyini təsdiqləyib. Bundan sonra Ford Krommun işə qayıtmasına icazə verib və beş həftəlik əməkhaqqını ödəməyi vəd edib. Lakin o, artıq daha yüksək maaşlı yeni iş tapdığı üçün geri qayıtmaqdan imtina edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR