İnsanlara hürriyət, millətlərə istiqlal!

"Dərd anası olmuşam"

306 03.07.2026 03:02 Şou-biznes A A

Türkiyənin tanınmış müğənnisi və aparıcısı Seda Sayan səmimi açıqlamaları ilə diqqət mərkəzinə düşüb.

Sənətçi uzun illərdir insanların problemlərinə qulaq asır, onlara dəstək olmağa çalışdığını deyib. Bu səbəbdən də özünü zarafatla "dərd anası" adlandırdığını bildirib.

Seda Sayan etiraf edib ki, ətrafındakı insanlar ona rahatlıqla problemlərini danışsalar da, o, şəxsi qayğılarını demək olar ki, heç kimlə bölüşmür.

Müğənninin sözlərinə görə, həyatında dərdlərini danışa bildiyi yeganə insan Safiyə adlı yaxın dostudur. O, hər kəsin həyatında güvənə biləcəyi belə bir insanın olmasının vacibliyini vurğulayıb.

Seda Sayanın bu səmimi etirafları sosial şəbəkələrdə də maraqla qarşılanıb. İzləyicilər sənətçinin açıqlamaları ilə bağlı müxtəlif fikirlər bölüşərək paylaşıma çoxsaylı rəylər yazıblar.//Milli.Az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR