Astronomlar Günəşdə ən yüksək – X sinifli partlayış qeydə alıblar.
Musavat.com xəbər verir ki, Astronomlar Günəşdə ən yüksək – X sinifli partlayışı qeydə alıblar. Bundan bir gün əvvəl Günəşin aktivliyi kəskin artıb: cəmi bir sutka ərzində 17 partlayış baş verib. Onlardan üçü M sinfinə aid olub. Halbuki əvvəlki gün cəmi səkkiz partlayış qeydə alınmışdı.
Belə partlayışlar çox vaxt plazma atılmaları ilə müşayiət olunur. Əgər plazma buludu Yerə çatsa, yaxın günlərdə güclü maqnit qasırğaları baş verə bilər. Bu isə rabitə və naviqasiya sistemlərinin işinə təsir göstərə, həmçinin parlaq qütb şəfəqlərinin yaranmasına səbəb ola bilər.
Musavat.com






