İnsanlara hürriyət, millətlərə istiqlal!

Benzin böhranı, milyardlıq maaş: Seçinin dəbdəbəli həyatı ifşa olundu

1596 03.07.2026 01:29 Dünya A A

Rusiyada yanacaq böhranı dərinləşdiyi, ölkənin müxtəlif bölgələrində benzin qıtlığı yaşandığı bir vaxtda "Rosneft" rəhbəri İqor Seçinin dəbdəbəli həyatı ilə bağlı yeni faktlar üzə çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, araşdırmaya görə, 2026-cı ilin ilk beş ayında Seçin "Rosneft"dən təxminən 2,8 milyard rubl (36 milyon 129 min ABŞ dolları) gəlir əldə edib. Bu isə gündə orta hesabla 19 milyon rubla bərabərdir. Onun illik gəliri 2025-ci ildə 7,1 milyard rubl (91 milyon 614 min dollar), rekord göstərici qeydə alınan 2023-cü ildə isə 9 milyard rubldan (116 milyon dollar) çox olub.

Bildirilir ki, Ukraynada müharibə başlayandan sonra Seçin əvvəllər Londona, Verona, Maldiv adalarına və Mayorkaya uçduğu şəxsi Bombardier Global 6000 biznes təyyarəsindən imtina edib. Lakin araşdırma göstərir ki, o, qısa müddət sonra dövlətin yüksək vəzifəli şəxsləri üçün nəzərdə tutulmuş RA-73025 bort nömrəli Airbus A319 təyyarəsindən istifadə etməyə başlayıb.

Bu təyyarə normalda Rusiya prezidenti, baş naziri, parlament rəhbərləri və prezident fərmanları ilə müəyyən edilmiş digər yüksək vəzifəli şəxslər üçün nəzərdə tutulub. Seçin isə həmin siyahıya daxil olmasa da, bu təyyarə ilə Qətər, Çin, Hindistan, Mərakeş və Maldiv adalarına səfərlər edib.

Araşdırmada Seçinin ailəsinin müharibə illərində sərvətini daha da artırdığı da qeyd olunur. Məlumata görə, onun qızı İnqa Karimova son illərdə 1,3 milyard rubldan çox dəyərində daşınmaz əmlak alıb.

Onun yeni aktivləri sırasında Sankt-Peterburqdakı elit Art View House kompleksində 219 kvadratmetrlik, Moskvanın "Romanov, 3" yaşayış kompleksində Kremlin yaxınlığında yerləşən 239 kvadratmetrlik mənzil, eləcə də paytaxtın biznes sinifli yaşayış komplekslərində daha iki mənzil var.

Bundan başqa, Karimova Plyos, Kostroma və İvanovo vilayətlərində torpaq sahələri alıb və icarəyə götürüb.

Araşdırma müəllifləri bildirirlər ki, Seçinin qızına məxsus aktivlər arasında Krmelin elitar rəhbərliyinin yaşadığı kimi tanınan İsveç döngəsindəki ("Şvedski tupik") məşhur binada yerləşən iki mənzil də var. Hesablamalara görə, təkcə İnqa Karimovanın daşınmaz əmlakının ümumi dəyəri ən azı 2,5 milyard rubl (32 milyon 258 min dollar) təşkil edir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR