İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkə türkləri YÜKSƏK MAAŞLA orduya DƏVƏT EDİR

1319 09.02.2024 14:24 Dünya A A

Məcburi hərbi xidmətin ləğv edildiyi Almaniyada ordu çətin günlər yaşayır. 

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, könüllü müraciətlərin kifayət qədər olmadığı ölkədə hərbi çatışmazlıq yaranmağa başlayıb.

Almaniya bu boşluğu tez bir zamanda aradan qaldırmaq üçün ölkədə muzdlulardan ibarət legioner batalyonlar yaradacaq.

Belə ki, Almaniyada doğulub böyüyən və bu ölkənin vətəndaşlığını alan türklər orduya cəlb olunacaq.

Məlumata görə, orduya qatılan türk əsilli Almaniya vətəndaşları ildə təxminən 40 min avro maaş alacaq. Rütbə artdıqca onların maaşları da artacaq.

Qeyd edək ki, Fransa, Belçika və Danimarka uzun illərdir bu sistemi tətbiq edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR