İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bu, kədərli ssenaridir" - NATO Ukraynanın vəziyyətinin ümidsiz olduğunu bəyan edib

730 10.02.2024 15:32 Dünya A A

"Vaşinqtonun Kiyevə silah göndərilməsi üçün vəsaitləri tükənib, avropalılara isə ABŞ-ı əvəzləmək asan olmayacaq..."

Ukrayna ordusunun Qərb yardımının olmaması səbəbindən düşdüyü vəziyyət nikbinlikdən çox uzaqdır. Cəbhədəki vəziyyət geri çəkilmə ehtimalı riskini yaradır.

Bu barədə NATO-nun yüksək vəzifəli nümayəndəsi "Financial Times" qəzetinə müsahibəsində deyib.

"Ukraynalılar üçün cəbhə xəttində ümidsiz vəziyyət onların təqdim etdiklərindən xeyli pisdir", - o, deyib.

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi vəziyyətin ciddi olduğunu təsdiq edib.

Onun sözlərinə görə, Vaşinqtonun Kiyevə silah göndərməsi üçün vəsaitləri tükənib.

Bu səbəbdən Ukrayna Silahlı Qüvvələrinin (USQ) artilleriya və hava hücumundan müdafiə sistemləri üçün döyüş sursatları ehtiyatlarının tükənəcəyi təhlükəsi var.

"Bu, çox kədərli ssenaridir", - o, vurğulayıb.

Pentaqonun daha bir nümayəndəsi xəbərdarlıq edib ki, uzun müddət yardımın olmaması silah tədarükündə əhəmiyyətli boşluğa gətirəcək və Ukrayna Silahlı Qüvvələri üçün indiki mövqelərini qoruyub saxlamaq çətin olacaq.

ABŞ 2023-cü ilin payızından Ukraynaya yeni maliyyə paketini razılaşdıra bilmir. Kiyevə 250 milyon dollarlıq son yardım paketi dekabrın sonunda verilib.

"Avropalılara ABŞ-ı əvəzləmək asan olmayacaq. Bu, o qədər də real deyil", - yüksək vəzifəli avropalı diplomat nəşrə danışıb.

Bu arada isə Ukrayna, İsrail və Tayvana miqrasiya islahatı ilə əlaqələndirilməyən hərbi yardım haqqında qanun layihəsi ABŞ Senatında ilkin oxunuş prosedurundan keçib.

İndi qanun layihəsinə düzəlişlər müzakirə ediləcək, bundan sonra ikinci oxunuş keçiriləcək. Daha sonra bu, uğurlu alınarsa, sənəd Nümayəndələr Palatasına göndəriləcək./Moderator.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR