İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu hərəkətlər ömrü uzadır

1098 06.12.2025 18:33 Yaşam A A

Sidney Universitetinin, eləcə də Britaniya Sağlamlıq Araşdırmaları Mərkəzinin apardığı tədqiqatlar göstərib ki, gündəlik həyatda baş verən qısa, lakin yüksək intensivlikli hərəkət epizodları sağlamlığa böyük təsir göstərir.

Musavat.com xəbər verir ki, alimlər bu aktivlik növünü VILPA - “intensiv fasilələrlə qısa fiziki aktivlik” adlandırırlar.

Bu, pilləkənlə sürətli qalxmaq, evdə enerjili hərəkətlər, uşaqlarla və heyvanlarla oynamaq kimi cəmi 1–2 dəqiqəlik epizodlardır.

Mütəxəssislərin açıqladığı rəqəmlər təəccübləndirir:

Qısa intensiv aktivlik vaxtından əvvəl ölüm riskini 40% azaldır;

Ürək-damar xəstəliklərindən ölüm riski təxminən 49% aşağı düşür;

Gündə cəmi 3–5 dəqiqəlik belə hərəkətlər metabolizmanı gücləndirir və xroniki xəstəliklərin yaranma riskini ciddi şəkildə azaldır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR