İnsanlara hürriyət, millətlərə istiqlal!

Bosniyanın səmasında türk qalxanı: dron təhlükəsinə qarşı yeni addım

609 24.07.2026 04:38 Dünya A A

Türkiyə Bosniya və Herseqovinaya antidron sistemləri göndərəcək

Musavat.com xəbər verir ki, Türkiyənin müdafiə sənayesi şirkəti Aselsan Bosniya və Herseqovinanı pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemləri ilə təmin edəcək.

Şirkətin baş direktoru Ahmet Akyol bildirib ki, Bosniya və Herseqovinanın müdafiə naziri Zukan Helez ilə antidron sistemlərinin tədarükünə dair müqavilə imzalanıb.

Akyolun sözlərinə görə, bu razılaşma Türkiyə ilə Bosniya və Herseqovina arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir.

Müqavilənin maliyyə dəyəri, həmçinin Bosniya və Herseqovinaya göndəriləcək sistemlərin sayı və çatdırılma müddəti barədə hələlik məlumat açıqlanmayıb. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR