Yanacağın qiymətindəki artım Rusiyada ötən ilin rekord göstəricilərinə yaxınlaşıb.
Musavat.com xəbər verir ki, iyunun 11-də keçirilən hərraclarda Aİ-95 markalı benzinin qiyməti Sankt-Peterburq Birjasında 2,28% artaraq bir ton üçün 81,6 min rubla çatıb. Bu göstərici ötən ilin sentyabrında qeydə alınan 82 382 rubl səviyyəsindəki tarixi maksimuma çox yaxındır.
Mediada qeyd olunur ki, qiymət artımına əsas səbəblər yay məzuniyyət mövsümünün başlaması və bir sıra neft emalı zavodlarında planlı təmir işlərinin aparılmasıdır.
Musavat.com






