ABŞ İranın Xuzistan vilayətinin Abadan şəhərinə hücum edib.
“Tasnim”in xəbərinə görə, bu barədə vilayət merinin müavini bildirib. Onun sözlərinə görə, günorta saatlarında həyata keçirilən raket hücumlarında 2 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Hücumların hansı obyektləri hədəfə aldığı ilə bağlı ətraflı məlumat yoxdur.
“Yaxın Şərqdə davam edən qarşıdurmanın genişlənməsi region və dünya üçün ciddi risklər yaradır”.
Bunu Prezident İlham Əliyev "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində bildirib. Dövlət başçısı bildirib ki, Azərbaycan mürəkkəb geosiyasi regionda yerləşdiyi üçün qonşuluqda baş verən hərbi qarşıdurmalar ölkə üçün narahatlıq yaradır.
TVMusavat-ın “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi professor Qabil Hüseynli ilə müzakirə edir.
https://www.facebook.com/tvmusavat






