Fransada saxlanılan rusiyalı basketbolçu Daniil Kasatkin Fransa və Rusiya arasında aparılan mübadilə nəticəsində azad edilib.
Musavat.com xəbər verir ki, məlumata görə, Paris Kasatkini haker qruplaşması ilə əlaqədə ittiham edir və onu ABŞ-a təhvil verməklə hədələyirdi. ABŞ-da isə rusiyalı idmançını kibercinayətlərə görə 25 ilə qədər həbs cəzası gözləyirdi.
Buna cavab olaraq Rusiya tərəfi Fransa vətəndaşı Laurent Vinatyeni azad edib. Vinatye Rusiyada casusluq şübhəsi ilə saxlanılmışdı.
Bu mübadilə Moskva ilə Paris arasında son dövrlər səngiməyən diplomatik gərginlik fonunda baş verib və tərəflərin arxa planda intensiv danışıqlar apardığını göstərir.
![]()
Musavat.com






