İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qaz borusu partlayıb, yanğın baş verib - FOTOLAR

850 08.01.2023 11:46 Hadisə A A

Bakının Nərimanov rayonunda yanğınla müşahidə edilən partlayış qeydə alınıb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə Əliyar Əliyev küçəsində qeydə alınıb.

Həmin küçədə yerləşən "Sərin" restoranının yaxınlığından keçən qaz borusunda partlayışla müşahidə edilən yanğın başlayıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 4 briqadası cəlb edilib.

Alov ətrafa keçməsin deyə restoranın dam örtüyü sökülüb.

Əraziyə "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları da cəlb edilib.

Yanğın tam söndürülüb.

Təhlükəsizlik məqsədilə küçədə hərəkət polislər tərəfindən dayandırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR