İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan universitetləri WUF13-də innovativ layihələrini nümayiş etdirirlər FOTO

530 20.05.2026 12:38 Təhsil A A

Azərbaycan universitetləri WUF13 çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində dayanıqlı şəhər inkişafı, “ağıllı şəhər” həlləri və ekoloji innovasiyalar istiqamətində hazırladıqları layihələrlə təmsil olunurlar.

Musavat.com xəbər verir ki, sərgidə Bakı Dövlət Universiteti, Qarabağ Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sumqayıt Dövlət Universiteti iştirak edir.

Universitetlər tərəfindən yaşıl enerji, robot texnologiyaları, rəqəmsal transformasiya və iqlim dəyişikliklərinə adaptasiya sahələrini əhatə edən elmi-tədqiqat və startap layihələri nümayiş etdirilir. Bununla yanaşı, ali təhsil müəssisələrinin tətbiqyönümlü innovativ təşəbbüsləri və beynəlxalq əməkdaşlıq imkanları da ziyarətçilərə təqdim olunur.

vuf 11.jpg (239 KB)

vuf12.jpg (222 KB)

vuf13.jpg (227 KB)

vuf14.jpg (289 KB)

vuf 15.jpg (213 KB)

vuf 16.jpg (338 KB)

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR