İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyanın Trampın rüsum qərarına cavabı bu olacaq

347 19.01.2026 08:13 Dünya A A

Almaniya Vaşinqtonun tariflərinə cavab olaraq ABŞ-ın öz ərazisindəki hərbi obyektlərdən istifadə üçün icarə haqqını əhəmiyyətli dərəcədə artıra bilər.

Musavat.com xəbər verir ki, məlumatı Britaniyanın "The Times" qəzeti Berlindəki mənbəyə istinadən yayıb. Mənbənin məlumatına görə, Almaniyadakı ABŞ hərbi bazalarının bağlanması variantı nəzərdən keçirilmir. "The Daily Telegraph" və "The Economist" əvvəllər belə bir ssenarinin mümkünlüyü barədə məlumat vermişdilər.

Xatırladaq ki, 17 yanvarda ABŞ Prezidenti Donald Tramp Truth Social-da elan edib ki, ABŞ Birləşmiş Krallıq, Almaniya, Danimarka, Hollandiya, Norveç, Finlandiya, Fransa və İsveçə qarşı 10 faiz əlavə tarif tətbiq etməyə başlayacaq və bu tariflər tərəflər Vaşinqton tərəfindən Qrenlandiyanın "tam və bütöv şəkildə alınması" barədə razılığa gələnə qədər qüvvədə qalacaq. Bu qərar 1 fevralda qüvvəyə minir və tarif dərəcəsi 1 iyunda 25 faizə qədər artacaq. 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR