İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyadan Yaxın Şərq siqnalı: Merts hərbi əməliyyatları istisna etmədi

529 17.06.2026 16:45 Dünya A A

Almaniya kansleri Fridrix Merts Yaxın Şərqdə hərbi iştirak imkanını istisna etməyib. O bildirib ki, Almaniyanın regionda sabitliyin qorunması üçün göstərəcəyi yardım hərbi öhdəlikləri də əhatə edə bilər.

Musavat.com xəbər verir ki, Merts bununla bağlı açıqlamasında bildirib ki, Hörmüz boğazı heç bir məhdudiyyət olmadan açıq qalmalıdır və İran öz nüvə proqramını beynəlxalq nəzarət altında birdəfəlik dayandırmalıdır.

Almaniya kansleri vurğulayıb ki, sülhün qorunması təkcə İranla deyil, həm də Livanla, xüsusilə ölkənin cənub bölgələri ilə bağlıdır. Onun sözlərinə görə, bu məsələlər ətraflı müzakirə olunub.

“Almaniya kömək edəcək. Sülhün qorunması bizim maraqlarımıza uyğundur”, – deyə Merts qeyd edib.

Kansler əlavə edib ki, Almaniyaya sabit Yaxın və Orta Şərq regionu, təhlükəsiz və azad gəmiçilik, eləcə də enerji daşıyıcıları üçün sabit qiymətlər lazımdır.

Merts bildirib ki, Almaniyanın göstərəcəyi yardım hərbi öhdəlikləri də əhatə edə bilər. Onun sözlərinə görə, zəruri şərtlər yerinə yetirildikdən sonra federal hökumət bu məsələ ilə bağlı müvafiq mandatın parlamentə təqdim olunmasını təklif edəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR