İnsanlara hürriyət, millətlərə istiqlal!

AKP prezidentliyə namizədini açıqladı – Dövlət Baxçalı da...

1418 23.06.2026 00:51 Dünya A A

Türkiyədə növbəti prezident seçkiləri ilə bağlı müzakirələr davam etdiyi bir vaxtda AK Parti rəhbərliyindən diqqətçəkən açıqlama gəlib.

Musavat.com xəbər verir ki, AK Parti sözçüsü Ömər Çelik partiyanın Mərkəzi Qərar və İdarəetmə Şurasının iclasından sonra jurnalistlərə açıqlamasında növbəti prezident seçkilərində namizədlərinin hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan olacağını bildirib.

Ömər Çelik qeyd edib ki, partiyanın prezidentliyə namizədi ilə bağlı mövqeyi dəyişməyib və bu məsələdə hər hansı tərəddüd yoxdur. Onun sözlərinə görə, AK Parti və Cumhur İttifaqı növbəti seçkilərə də Ərdoğanın liderliyi ilə hazırlaşır.

Çelik çıxışında MHP sədri Dövlət Baxçalının bu məsələ ilə bağlı daha əvvəl səsləndirdiyi fikirlərə də dəstək verərək, Cumhur İttifaqının prezidentliyə namizədinin Rəcəb Tayyib Ərdoğan olduğunu bir daha vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR