İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağır qəzada yaralanan ana və oğlu 10 gün sonra öldü - Foto

919 06.01.2023 12:29 Hadisə A A

Dekabrın 25-i Bakı-Quba magistralının Şabran rayonundan keçən hissəsində ağır qəzada xəsarət alan ana və oğlu xəstəxanada vəfat edib.

Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, “Hyundai” markalı avtomobillə toqquşandan sonra aşan “Opel”də ağır xəsarət alan 47 yaşlı Samirə Əliyeva və 29 yaşlı oğlu Fariz Bayramoğlu Sumqayıtdakı xəstəxanada dünyasını dəyişib.

Qəzada ailənin digər üzvü, S.Əliyevanın həyat yoldaşı Bayram Həsənov yüngül xəsarətlər alıb.

Qeyd edək ki, Fariz Bayramoğlunun iki yaşlı qızı yadigar qalıb.

qezaa.jpg (52 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR