İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evin “ovladığı” prezidentlər: ABŞ-ın dünyada iz buraxan gizli və açıq əməliyyatları

773 03.01.2026 20:15 Dünya A A

ABŞ-nin xarici siyasətində digər ölkələrin prezidentlərinin və ya dövlət rəhbərlərinin hakimiyyətdən məhrum olunması üçün hərbi və ya xüsusi əməliyyatlar həyata keçirilib.

Bu əməliyyatlar həm hüquqi, həm də siyasi baxımdan mübahisəli olub və beynəlxalq münasibətlərdə dərin izlər buraxıb.

Musavat.com onları təqdim edir.

1.Nikolas Maduro

2026-cı ilin bu günü, yəni yanvarın 3-də ABŞ prezidenti Donald Trump bildirib ki, Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores ABŞ qüvvələri tərəfindən tutulub və ölkədən çıxarılıb. Bu hadisə ABŞ-ın Venesuela liderinə qarşı səylərinin kulminasiyası hesab edilir. ABŞ administrasiyası Maddronu uzun müddət “narkotik terrorizmi” və digər cinayətlərdə ittiham edib, onun axtarışı üçün böyük mükafat təyin etmişdi.

Əməliyyatın detalları bundan ibarətdir:

Hərbi hava zərbələri və xüsusi əməliyyat qüvvələri Venesuelanın paytaxtı Karakasda aparılıb. Maduro və həyat yoldaşı tutularaq ABŞ-a aparılıb və orada federal ittihamlarla üzləşəcəkləri bildirilir. Bu addım ABŞ-nin Latın Amerikası siyasətində nadir sayılan birbaşa müdaxilə olaraq qiymətləndirilir.

2.Manuel Antonio Noryeqa

Manuel Noryeqa Panamanın de-fakto hərbi lideri idi və rəsmi prezident titulunu daşımırdı, amma ölkəni 1983-1989-cu illərdə effektiv olaraq idarə edirdi. ABŞ-nin “Operation Just Cause” əməliyyatı çərçivəsində Panama şəhəri işğal edildi və Noryeqa Vatikan səfirliyinə sığınaraq 11 gün gizləndi. Nəhayət, 1990-cı ilin məhz bu günündə, yanvarın 3-də ABŞ qüvvələrinə təslim oldu.

Sonrakı mərhələlər belə oldu: Noryeqa ABŞ-də narkotik qaçaqmalçılığı və digər cinayətlər üzrə mühakimə edildi. 1990-cı ildən sonra ABŞ-ın əlində bir neçə il həbsdə qaldı, daha sonra başqa ölkələrə ekstradisiya edildi və nəhayət, 2017-ci ildə vəfat etdi. Bəzi iddialara görə isə o. öldürülüb.
Noryeqa hadisəsi qısa müddətli hərbi müdaxilə və xarici rəhbərin ABŞ-ın ələ keçirdiyi nadir nümunələrindən biri kimi tarixə düşüb.

3.Səddam Hüseyn

O, İraqın keçmiş prezidentidir və ABŞ-ın başçılığı ilə 2003-cü ildə İraqın işğalı zamanı hakimiyyətdən salındı. S.Hüseyn uzun müddət gizləndi və nəhayət, 13 dekabr 2003-cü ildə ABŞ xüsusi əməliyyat qüvvələri tərəfindən “Operation Red Dawn” adlı əməliyyatla tutuldu.

Əməliyyatın əsas məqamları: Hüseyn Tikrit yaxınlığında gizləndiyi yerdə tutulub və müqavimət göstərməyib. Onun tutulması İraq müharibəsində böyük siyasi məqam hesab edilib və ABŞ-nin hakimiyyətdən saldığı liderlər siyahısında mühüm dönüş nöqtəsi olub. Daha sonra o, İraq məhkəməsində cinayətlərə görə mühakimə edilərək 2006-cı ildə edam edilib.

S.Hüseynin ələ keçirilməsi ABŞ-nin müharibə strategiyasının ən tanınan əməliyyatlarından biri olub və beynəlxalq siyasətdə uzun müddət müzakirə obyektinə çevrilib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR