İranın dondurulmuş aktivləri üçüncü ölkələrə veriləcəyi təqdirdə, Tehran ABŞ-ın dünyadakı hərbi bazalarını və iqtisadi obyektlərini "qanuni hədəf" hesab edəcək.
Musavat.com xəbər verir ki, bu barədə hökumətyönlü “Kayhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmadari bildirib.
Onun sözlərinə görə, Tehranın cavab tədbirləri dəniz logistikasını da iflic edəcək.
Belə ki, İranın vəsaitlərini qəbul edən dövlətlərin ticarət gəmiləri və neft tankerləri "əmlakın qaytarılması" məqsədilə müsadirə olunacaq.
Şəriətmadari vurğulayıb ki, nə ABŞ, nə də onun regiondakı ərəb müttəfiqləri İranın mümkün qisas addımlarının qarşısını ala bilməyəcək.
Musavat.com






