İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ 3 gündə İran əməliyyatına BU QƏDƏR XƏRCLƏYİB - ŞOK MƏBLƏĞ - VİDEO

2804 04.03.2026 10:06 Dünya A A

ABŞ İrandakı əməliyyata 3 gün ərzində 2 milyard dollardan çox vəsait xərcləyib.

Musavat.com xəbər verir ki, bu barədə real vaxt rejimində hərbi xərcləri izləyən sayt məlumat yayıb.

Hesablamalara hərbçilərin saxlanması, gəmilər, təyyarələr və digər hərbi infrastrukturla bağlı xərclər daxil edilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq ölkənin bəzi şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-ın Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki gərginlik səbəbindən regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.

İqbal RZAYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR