İnsanlara hürriyət, millətlərə istiqlal!

Zemfira Meftahətdinovaya yeni vəzifə verildi

6381 25.10.2025 10:32 Son xəbər A A

Stend atıcılığı üzrə Olimpiya çempionu Zemfira Meftahətdinova "İdman veteranları" İctimai Birliyinin prezidenti seçilib.

Bu barədə qərar Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan "İdman veteranları" İctimai Birliyinin ümumi yığıncağında verilib.

Qeyd edək ki, Zemfira Meftahətdinova Olimpiya Oyunlarının qalibi olan birinci Azərbaycan idmançısıdır. 1991-2014-cü illərdə stend atıcısı kimi Azərbaycan yığmasının heyətində çıxış edən Z.Meftahətdinova 2000-ci ildə Sidneydə keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanıb. O, həmçinin 5 qat Avropa, 2 qat dünya çempionudur. Beynəlxalq dərəcəli idman ustası, Əməkdar bədən tərbiyəsi və idman xadimi olan Meftahətdinova "Tərəqqi", "Vətən uğrunda" medalları, "Şöhrət" ordeni ilə təltif edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR