İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəzifəli şəxs əməliyyat vaxtı öldü - FOTO

1383 30.10.2025 10:54 Son xəbər A A

Cəlilabad rayonunda vəzifəli şəxs vəfat edib.

Cəlilabad Bələdiyyələri Əlaqələndirmə Şurasının sədri və rayonun Üçtəpə kənd bələdiyyəsinin sədri Əmrah Quliyev 66 yaşında dünyasını dəyişib.

Onun cərrahi əməliyyat vaxtı həyatını itirdiyi bildirilir.

***

TƏBİB-dən bildirilib ki, ötən gün saat 13:40 radələrində 1959-cu il təvəllüdlü (kişi) şəxs Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona dəqiqləşdirilməmiş ürək çatışmazlığı diaqnozu təyin edilib.

Pasiyent ixtisaslı tibbi yardım göstərilməsi üçün Reanimasiya şöbəsinə yerləşdirilib.

Göstərilmiş bütün reanimasiyon tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 20:15 radələrində ölüm faktı qeydə alınıb./Qafqazinfo.az/

vezifeli-sexs-emeliyyat-vaxti-oldu

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR