ABŞ vitse-prezidenti Cey Di Vens İranla anlaşma memorandumu imzalamaq üçün İsveçrəyə getməyəcək.
Musavat.com xəbər verir ki, bunu Ağ Ev sözçüsü açıqlayıb:
"Vitse-prezident bu axşam yola düşməyəcək. Növbəti addım barədə konkret məlumat əldə edən kimi sizə məlumat verəcəyik. Texniki müzakirələrə ən qısa zamanda başlamağı səbirsizliklə gözləyirik".
Qeyd olunur ki, qarşıdan gələn texniki danışıqlar üçün planlar hələlik yekunlaşdırılmayıb və ABŞ nümayəndə heyəti ən qısa zamanda yola düşməyə hazırdır:
"Bu danışıqların logistikası heç vaxt sadə və ya proqnozlaşdırıla bilən olmayıb".
Bu həftə İran və ABŞ arasında imzalanan anlaşma memorandumuna uyğun olaraq, hər iki tərəf İranın nüvə proqramının taleyi ilə bağlı 60 günlük texniki danışıqlar aparmağı planlaşdırır.
Bir gün əvvəl Vens İranla danışıqlar üçün İsveçrəyə getmək niyyətini təsdiqləyib, lakin vurğulayıb ki, nə vaxt orada olacağını hələ dəqiq bilmir, çünki bu, İran danışıqçılarının ölkəyə nə vaxt gələcəyindən asılıdır.
Musavat.com






