İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaahn Xaçaturyanın xəstəliyi gizlədilir? – Onun yerinə 3 iddialı namizəd var

780 19.06.2026 12:37 Dünya A A

Ermənistan prezidenti Vaahn Xaçaturyanın səhhətində yaranan ciddi problemlər səbəbindən vəzifəsindən vaxtından əvvəl gedə biləcəyi barədə məlumatlar yayılıb.

Musavat.com xəbər verir ki, Ermənistan mətbuatının əldə etdiyi məlumatlara görə, 2022-ci ildə 7 il müddətinə prezident seçilən Xaçaturyan səhhəti icazə vermədiyi üçün səlahiyyət müddətinin sonuna qədər bu postda qala bilməyəcək.

Yerli qəzetlər yazır ki, hakim komanda artıq onun yerinə gələcək yeni namizədlərin müzakirəsinə başlayıb. Hazırda Xaçaturyanın yerinə ən şanslı namizədlər qismində Baş nazir Nikol Paşinyanın aparat rəhbəri Araik Arutyunyan, parlamentin spikeri Alen Simonyan və xarici işlər naziri Ararat Mirzoyanın adları çəkilir.

Hakim partiya daxilində bu post uğrunda gizli mübarizənin başladığı və Paşinyanın yekun qərar üçün namizədlər barəsində rəsmi rəy gözlədiyi bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR