Milli Məclisin iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılaraq qəbul olunub.
Musavat.com-un məlumatına görə, layihəni komitə sədri Səməd Seyidov təqdim edib, sənədin əhəmiyyətindən danışıb.
Layihəyə əsasən, Azərbaycan ilə Ekvador arasında viza tələblərindən azad edilməsi haqqında saziş təsdiq edilib.
Müzakirələrdən sonra saziş səsverməyə qoyularaq ratifikasiya edilib.
E.Paşasoy,
Musavat.com






