İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğuzda narkotik əməliyyatı: 4 nəfər saxlanıldı

507 19.06.2026 11:54 Kriminal A A

Oğuz rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı bir neçə şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupunun məlumatına görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər tutulub.

Saxlanılanlar arasında 41 yaşlı Elşad Əzizov, 42 yaşlı Tural Əsgərov, 61 yaşlı Siyavuş Məmmədov və 62 yaşlı İlqar Zeynalov yer alır.

Onların üzərindən 1 kiloqramdan artıq marixuana və bir ədəd odlu silah aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR