İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməninin ad günündə saxlanılan azərbaycanlı “qanuni oğru” kimdir?

1393 19.06.2026 12:23 Kriminal A A

Azərbaycanlı “qanuni oğru” Vaqif Süleymanov(Vaqif Diplomat) yenidən Rusiya kriminal xəbərlərinin diqqət mərkəzinə düşüb.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, azərbaycanlı “qanuni oğru” 50 yaşının qeyd edən Suren Tavadovun (Əndijanlı) ad günündə iştirak edib.

Tədbir paytaxt ətrafındakı “Novorijskaya Zastava” restoranında, yalnız ən yaxın dostlarının iştirakı ilə keçirilib.


Picture background

Suren Tavadov 14 iyun 1976-cı ildə Özbəkistanın Əndican şəhərində anadan olub. 1990-cı ildə, Surenin 14 yaşı olanda, Əndican hadisələrimdən sonra Novorossiyskdə məskunlaşıb. Suren Tavadov cinayətkar karyerasına 1992-ci ildə Novorossiyskdə başlayıb. Bura Ded Hasan kimi tanınan Aslan Usoyanın nəzarət etdiyi bölgələrdən biri idi. 1994-cü ildə Moskvaya köçmələri imkanlı atasaının sayəsində tədricən nüfuz qazanıb.

Suren Tavadov 2000-ci illərin əvvəllərində oğrular elitasına daxil olub və himayəçisi Ded Xasan olub. Əvvəllər yalnız dar dairələrdə tanınan Surik Əndijanski 2015-ci ildə karyerasında ilk dəfə Moskvada böyük dozada heroinlə həbs edildikdə ictimaiyyətə məlum oldu. Tavadov daha sonra ev dustaqlığına buraxılan ilk “qanuni oğru” kimi tarixə düşdü. Surik ev həbsi qaydalarını pozduğu üçün həmin ilin oktyabr ayında nəhayət həyatında ilk dəfə həbsxanaya göndərildi.


Lənkəranski ilə "razborka", "Quli" ilə yaxınlıq... - Moskvada söz sahibi olan “Vaqif Diplomat” kimdir? (FOTO)

Vaqif Diplomat ləqəbi ilə tanınan Vaqif Süleymanov uzun müddətdir Rusiyada, xüsusilə də Moskva vilayətində nüfuzlu “qanuni oğru”lardan biri hesab olunur.

V.Şüleymanov 1965-ci il avqustun 15-də Gürcüstanda anadan olub, uşaqlığı orada keçib. Rusiya mediası onun ya Tiflis, ya da Marneulidə dünyaya gəldiyini yazır. Vaqifin 7-8 yaşı olanda ailəsi Bakıya köçüb və xeyli müddət burada yaşayıb.

Sovet İttifaqı dağılandan sonra Rusiyaya köçən və uzun müddət Moskvada yaşayan Süleymanovun Özbəkistan vərəndaşlığı barədə məlumat var.

Vaqif Süleymanovun həyatının Bakı dövrü barədə çox az şey məlumdur. Təsdiq olunmayan məlumata görə, o, hələ cavan ikən həbsxanaya düşsə də, azadlığa çıxandan sonra Bakıya qayıdıb. Onun “tacqoyma mərasimində” Nardaranlı Mirseymur, Sabirabadlı Hikmət, Çingiz Sedoy, Masallı Mamed, Qoca iştirak ediblər. Vaqif Bakinski Rusiyada cinayət yoluna digər oğrular - Asiya və ya Qafqazdan olan mühacirlər kimi başlayıb: Ded Xasanın (Aslan Usoyan) himayəsi altında. O, öldürüləndən sonra Vaqif Şakro Molodoyun (Zaxari Kalaşov) tərəfini tutub və onun himayəsinə keçib. 2006-cı ildə Moskvada üzərinə baxış zamanı 33 qram həşiş aşkar edilərək saxlanılıb. Xakasiyada ümumi rejimli cəzaçəkmə müəssisəsində 3 il 6 ay dustaqlıq həyatı yaşayıb. 2013-cü ilin noyabrında yenidən saxlanılıb, amma “dəmir barmaqlıqlar” arxasında uzun müddət qalmayıb.Son olaraq V.Süleymanov ötən ilin dekabrında Moskvada Rusiya miqrasiya qanunlarını pozduğuna görə saxlanılıb. Onun üç ay xüsusi müəssisədə qalacağı, sonra isə Azərbaycana deportasiya olunacağı deyilirdi.

Musavat.com  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR